22 Dekabr 22:06
251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodor Russopulos Gürcüstanın baş naziri İrakli Kobaxidzeni bugünkü bəyanatını geri götürməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

T. Russopulos qeyd edib ki, İ.Kobaxidze Avropa Şurasının prinsiplərinə hörmətlə yanaşmalıdır.

“İrakli Kobaxidzeyə xatırlatmaq istəyirəm ki, onun ölkəsi Avropa Şurasının üzvüdür. Onun bu gün Salome Zurabişvilini səlahiyyət müddəti dekabrın 29-da başa çatdıqdan sonra həbs etməklə hədələməsi demokratiya və qanunun aliliyi prinsiplərinə zidddir və qəbuledilməzdir”, - AŞPA prezidenti yazıb.

Xatırladaq ki, bu gün İ.Kobaxidze keçirdiyi brifinqdə deyib ki, S.Zurabişvili səlahiyyət müddəti başa çatandan sonra iqamətgahını tərk etməsə, bu, cinayət əməli olacaq. Baş nazir prezidentin Cinayət Məcəlləsinin normalarını pozmamaq üçün kifayət qədər ağlının olacağını düşündüyünü bildirib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər