22 Dekabr 22:31
293
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Suriya vətəndaşlarının ən azı yarısı xaricdə yaşayır, ölkənin infrastrukturu dağıdılıb və yeni hökumət ciddi problemlərlə üzləşib”.

Teleqraf.com xəbər verir ki, bunu Suriyadakı yeni hakimiyyətin lideri Əhməd Şara Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Dəməşqdə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Suriya vətəndaşlarının yarısı hazırda ölkədən kənarda yaşayır və daxildəki iqtisadi infrastruktur dağıdılıb, ona görə də indi həll etməli olduğumuz ciddi problemlər var”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Bəşər Əsədin dövründə Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi zəruridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər