Tbilisidə etiraz aksiyası artıq 25-ci gündür davam edir.
Teleqraf.com xəbər verir ki, mərkəzi Rustaveli prospektində çox sayda etirazçı toplaşıb.
Azadlıq meydanında su şırnağı maşınları və xüsusi təyinatlılar artıq səfərbər olunublar.
Gürcüstan prezidenti Salome Zurabişvili aksiyaya gəlib. O, parlament binası yaxınlığında yerləşən 1 saylı gimnaziyanın qarşısında quraşdırılmış səhnədə etirazçılar qarşısında çıxış edəcək.
Aksiyada Gürcüstan və Avropa İttifaqının himnləri səsləndirilib.