4 Avqust 18:32
331

Onu taxan şəxsin səsini yüksəldərək sosial məsafəni qorumağa kömək edən, yaponcadan səkkiz dilə tərcüməni bacaran mikrofonlu maska hazırlanıb.

Teleqraf.com xəbər verir ki, “Donut Robotics” texnologiya şirkətinin hazırladığı maska ​​standart üz maskası üzərinə taxılır.

Maska mobil telefona və ya planşetə qoşulur, taxan şəxsin dediklərini mətn mesajlarına çevirir və səsləndirir.

Şirkətin direktoru Taisuke Ono bildirib ki, maskaya ​​"C-mask" adı verilib: "Müştərilərin market kassalarında nə dedikləri bəlli olmur. Çünki aralarında virusa qarşı bölmələr var. Bu maska ​isə ​dediklərinizi yazır və oxuyur".

Bildirilir ki, maskada istifadə edilən tərcümə proqramı əvvəlcə bir robot üçün hazırlanıbmış. Lakin koronavirus epidemiyası başlayanda şirkət bunu maskaya tətbiq etməyə qərar verib.

40 dollar qiymət qoyulan maskanın ​​sentyabrda satışa çıxarılacağı gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı