ABŞ-da əczaçılıq şirkətlərindən birinin apardığı araşdırmaya görə, koronavirusun müalicəsində istifadə olunan dərmanlar sırasına iltihab əleyhinə bir həb əlavə edilərsə, sağalma müddəti bir gün qısalar.
Teleqraf.com xəbər verir ki, “Eli Lilly” dərman şirkətinin açıqlamasına görə, “Remdesivir” adlı dərmanla iltihab əleyhinə “Baricitinib” həbinin istifadəsi müalicə müddətini bir gün qısaldır.
Aparılan araşdırmanın nəticələrini ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu təsdiqləyib.
“Baricitinib” həbinin istifadəsi ilə virusa yoluxan xəstələrin 4 gün əvəzinə 3 günə sağaldığı aşkarlanıb.