Qubanın Dəlləkli kəndində ayrı-ayrı həyətlərdə ot tayaları yanır, kəndin girişində polis postu qoyulub.
Teleqraf.com Report-a istinadən xəbər verir ki, Dəlləkli kənd sakinləri kəndin gün ərzində dörd yerində yanğınlar baş verib, onlara məxsus tayaları və tövlələri yandırıldığını bildiriblər.
Hadisə yerinə FHN-nin Quba Yanğından Mühafizə xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi gəlib. Bundan əlavə, hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də baş çəkib. Yanğının qəsdən törədilməsi güman edilir.
Faktla bağlı araşdırma aparılır.