23 Noyabr 2020 13:28
1 851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Çinin peyvənd istehsalçısı "Sinovak" şirkəti ilə danışıqların tamamlandığını açıqlayıb. Nazirin sözlərinə görə, ilkin mərhələdə istifadə üçün 10 milyon peyvənd artıq yoldadır.

Teleqraf.com xəbər verir ki, Fəxrəddin Qoca peyvəndin pulsuz aparılacağını bildirib:

“İlk olaraq yüksək risk qrupunun, daha sonra xroniki xəstələr və digər risk qruplarının vaksinasiya olunacaq. Ümumi vaksinasiya 50 milyona yaxın olacaq. Vaksinasiya zamanı vətəndaşlardan heç bir ödəniş alınmayacaq.

Bu vaxt ərzində digər istehsalçıların peyvəndləri üçün lisenziyalaşdırma prosedurları davam edəcək. Lisenziyalaşdırma başa çatdıqdan sonra həmin peyvəndlərin pulsuz olaraq apteklərdə satılmasına icazə veriləcək”.

Səhiyyə nazirinin sözlərinə görə, “Sinovak” peyvəndi əvəzinə digər lisenziyalı və pulsuz peyvəndlərə üstünlük verənlər ödəniş etməklə istədikləri vaksini ala biləcəklər: "Peyvəndin hazırlanması gedişatı haqqında ilkin fikirlər ümidvericidir. 2021-ci ildə öz peyvəndimizi istehsal edə biləcəyik. Təkcə COVID-19 virusu üçün deyil, digər yoluxucu xəstəliklərdə istifadə olunan peyvəndlərin hazırlanması üçün də işlər davam etdirilir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər