20 Dekabr 2020 23:32
2 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəxəssislər COVID-19 üzərində araşdırmalarını davam etdirirlər. Maraqlıdır, bədənimiz bu virusa yoluxmazdan əvvəl buna hazır olurmu? Yoluxan xəstələrin orqanizminə hansı ziyanları olur?

Teleqraf.com xəbər verir ki, aparılan tədqiqatlara görə, virus daxili orqanları zədələməklə yanaşı, damarlara da ziyan vura bilir. COVID-19 infeksiyası damar quruluşunda çox ciddi fəsadlara səbəb ola biləcək virusdur. Bədənə girdikdən sonra, xüsusilə də ağciyərdə, ürək damarlarında, böyrək damarlarında və aylar sonra da bədənin ümumi damar quruluşunda ciddi ziyana səbəb ola bilər. Bu ziyanların qarşısını almaq üçün pandemiya dövründə pəhriz və yuxu rejiminə diqqət etmək lazımdır.

Nəzərə aldıqda ki, virus sürətli şəkildə yayılır, profilaktik tədbir olaraq bədənin virusa qarşı müqavimətinin olub-olmamasını yoxlamaq üçün həkim müayinəsindən keçmək lazımdır. Mütəxəssislərin fikrincə, bu müayinə bədənin damar quruluşu, vitamin səviyyələri, qan parametrləri, böyrək funksiyaları, xüsusilə astma xəstələrinin xəstəliyə yoluxmadan əvvəl virusa müqavimət göstərə biləcəyini öyrənmək üçün tövsiyə olunur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər