11 Yanvar 2021 17:09
4 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə tətbiq olunan sərtləşdirilmiş karantin rejimi 18 yanvaradək davam edəcək. Vətəndaşlar arasında karantin rejiminin yumşaldılacağı ilə bağlı müxtəlif şayiələr yayılıb.

Teleqraf.com məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın münasibətini öyrənib.

Operativ Qərargahdan bildirilib ki, hazırda karantin rejiminin uzadılması və ya yumşaldılması barədə rəsmi qərar yoxdur.

Qeyd edək ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.

Ölkə üzrə xüsusi karantin rejiminin müddəti isə 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılıb.


Müəllif: Aysel Azad