Dünyada yeni pandemiyalar, viruslar ola bilər. Amma COVID-19 pandemiyasının sonuna çatmışıq.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli infeksion xəstəlikləri və kliniki mikrobiologiya üzrə mütəxəssis Ümit Savaşçı bunu deyib.
Mütəxəssis virusun yeni mutasiyasına yoluxduqda xəstəliyi daha yüngül keçirdiyi üçün bu qənaətə gəldiyini açıqlayıb:
“Ötən həftə omikron variantına yoluxdum. 2 doza peyvənd vurdurmuşdum, 2 il ərzində heç xəstələnməmişdim. Həm özüm, həm də ailəm xəstəliyi qripdən də yüngül keçirdik. Hesab edirəm ki, pandemiya bitib Başqa viruslar var, bu, olmalıdır. İqlim dəyişikliyi səbəbilə qarşıdakı 3-5 ildə dünyada fərqli pandemiyalar ola bilər”.
Ümit Savaşçının sözlərinə görə, mart ayında COVID mövzusu gündəmdən çıxacaq: “Təbii ki, insanlar maska taxdığını gördükləri insanlarla təmasda olmamalıdırlar. Burada əslində şüurlu şəkildə şəxsi ehtiyat tədbirləri ön plana çıxmalıdır. Əks halda, ömür boyu maska taxıb peyvənd ola bilmərik. Dünya sosial, iqtisadi və təhsil baxımından bu qədər məhdudiyyətlərin öhdəsindən gələ bilməz. Peyvənd olmayanlar özlərini çox yaxşı qorumalıdırlar, ictimai yerlərə girməməlidirlər, maskalarını heç vaxt çıxarmamalıdırlar”.