Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı hesabata əsasən, ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 33,6 min nəfər və ya 0,3 faiz artaraq 9739,2 min nəfərə çatıb.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.
Ölkə əhalisinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.