20 İyun 2016 12:01
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Tikiş Evi”nin (BTE) tikdiyi məktəbli formasının qiyməti 8, 5 faiz bahalaşıb. Teleqraf.com movqe.az-a istinadən bildirir ki, bu barədə BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov məlumat verib. E.Əzimov bildirib ki, əvvəl aşağı siniflər üçün məktəbli forması dəstinin qiyməti 26 ölçüdən 44 ölçüyədək 34 manat idi: "İndi aşağı siniflərə məktəbli forması üçün yeni qiymət müəyyənləşib. 26 ölçüdən 44 ölçüyədək məktəbli forması dəstinin qiyməti 34 manatdan 37 manatadək bahalaşıb. Yuxarı sinif şagirdləri üçün isə əvvəl 32-54 ölçüyədək qiymət 43 manat idi. İndi 32-54 ölçüyədək qiymət 46 manatadək artıb. Qeyd edim ki, bu qiymətə məktəbli forması dəstinə pencək şalvar və ya pencək ətək daxildir. Köynəklərin qiyməti isə ölçüdən asılı olamayaraq 7 manat, jiletlər 6 manata satılacaq".

E. Əzimov məktəbli formalarının ilboyu satışda olduğunu bildirdi. Onun sözlərinə görə, məktəbli formasının BTE-nin paytaxtda, eləcə də, Abşeron rayonunda, Xırdalanda, Saray və Mehdiabad qəsəbəsində, Sumqayıtdakı mağazalarda yeni qiymətlərlə satışına başlanıldığını dedi. E.Əzimov bildirdi ki, məktəbli formasının satışında qiymət artımına yol verilərsə, alıcılar BTE-nin 597-45-39 saylı qaynar xətə zəng edib məlumat verə bilərlər.


Müəllif:

Oxşar xəbərlər