21 İyun 2016 13:40
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezidentin Nardarana səfəri sakinlərdə ruh yüksəkliyi yaradıb”.

Teleqraf.com-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, Azərbaycanda hər kəs, o cümlədən Nardaran sakinləri dövlət siyasətini dəstəkləyirlər: “Prezidentin Nardarana getməsi onu göstərir ki, Azərbaycanın hər bir guşəsi əzizdir.

Nardaran sakinləri sonra mənə zəng edərək təşəkkürlərini bildirdilər. Onlar həmişə ölkə başçısının siyasətini dəstəkləyiblər. Bundan sonra da belə olacaq”.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsindəki “Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanış olub, sakinlərlə görüşüb. Bu barədə rəsmi "Azərtac" agentliyi xəbər yayıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər