İyunun 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Gədəbəy şəhərində rayon mədəniyyət və turizm şöbəsinin inzibati binasında vətəndaşları qəbul edib.
Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda bölgədə yerləşən Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərinin müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
İlhamə ƏBÜLFƏT