27 İyun 2016 16:58
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövsümlə bağlı içkilərin və dondurmaların keyfiyyətinə nəzarət sahəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlamalar dayandırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, bu istiqamətdə monitorinqlər mütəmadi olaraq aparılır, vətəndaşlardan komitəyə şikayətlər daxil olduğu təqdirdə isə buna reaksiya verilir.

R.Həsənov qeyd edib ki, hazırda komitə əməkdaşları bazarlarda məhsulları alaraq, onların laboratoriyalarda analizlərini aparır, müəyyən problemlər olarsa, bu barədə müvafiq müəssisəyə məlumat verilir.


Müəllif:

Oxşar xəbərlər