Gəncədə 7 ədəd tank əleyhinə mina aşkar olunub.
Bu barədə Teleqraf.com-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
İyulun 5-də Tərtər rayonu Çaylı kəndində 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb.
Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (PQ-7 raketi) aşkar edilərək götürülüb.
Ağstafa rayonu Dağkəsəmən kəndində yolun kənarında 1 ədəd partlamamış hərbi sursat (100 mm lik top mərmisi) aşkar edilərək götürülüb.
Gəncə şəhəri Kəpəz rayonunda yolun kənarında 7 ədəd TM-62 tank əleyhinə mina aşkar olunaraq götürülüb.
Ümumilikdə 5 iyul tarixində 4 əkin sahəsi, 8 partlayış yerinə baxış keçirilib, 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi, 1 ədəd PQ-7 raketi və 1 ədəd 100 mm-lik top mərmisi) və 7 ədəd TM-62 tank əleyhinə mina aşkar edilərək götürülüb. Gün ərzində 25 150 kv.m ərazi təmizlənib.