Bakı şəhər sakininə məxsus gəlinlik mağazasında paltarları məhv edənin şəxsiyyəti müəyyən edilib, cinayətin sifarişçisi tutulub.
Teleqraf.com xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv etmiş şəxsin paytaxt sakini Xalıq Həşimzadə olduğu müəyyən edilib.
Hadisəni sifariş vermiş Bakı şəhər sakini Leyla Ağayeva tutulub.
Qeyd edək ki, təxminən 40-a yaxın gəlin paltarı istifadəyə yararsız vəziyyətə düşüb. Mağaza sahibi deyir ki, həmin paltarlar xaricdən gətirilir və ona 100 min manatdan çox ziyan dəyib.
Hacı Zeynalov