14 İyul 2016 12:47
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbul imtahanın dövlət büdcəsi yox, ödənişli olması şəklində qoyuluşu müzakirə edilməlidir”

Teleqraf.com-un xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, bunun tətbiqi üçün zəruri imkanlar olmalıdır:

“Burada bir neçə məsələ var. Birincisi bundan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi təzə yaradılan müstəqil qurumdur, publik hüquqi şəxsdir. Təbii olaraq onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır. Həmin mərkəzin göstərdiyi xidmətlər qarşılanmalıdır. Lakin burada başqa məsələ də var.

Təhsil alanlar nöqteyi-nəzərindən həmin xidmətlərin sifarişçisi kimi dövlət çıxış edir. Ona görə həmin xidmətlərin ödənişinin kim tərəfindən həyata keçirilməsi müzakirə olunacaq. Bu prosesin dövlət büdcəsi, təhsil büdcəsi və ya hansısa başqa mənbələr hesabına təmin edilməsi razılaşdırılacaq. Bu qərar Təhsil Nazirliyinə təklif olandan sonra biz öz mövqeyimizi rəsmi qaydada bildirəcəyik. Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təmin edilməsi üçün zəruri imkanlar olmasını anlayırıq.


Lakin bunun buraxılış imtahanlarından sonra qəbul imtahanları verən abituriyentlər hesabına olunub-olunmaması sual doğurur. Təhsilə hər kəsə əlçatan olmalıdır. Hökumətin müvafiq qərarı müraciət olduğu təqdirdə olacaq. Yenə düşünürəm ki, bu məsələyə müzakirə edilib qərar verilən kimi baxmamalıyıq. Əminəm ki, məsələnin həlli üçün Məleykə Abbaszadə və digər hökumətdə olan həmkarlarla iş görüləcək. Birgə həll tapılacaq”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər