2 Avqust 2016 23:13
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunun Zopun kəndində 45 yaşlı qadını əqrəb sancıb.

Kənd sakini Şəhla Səmədova həyətində yun toplayarkən əqrəb onun sol ayaq nahiyəsindən sancıb.

O, əvvəlcə buna əhəmiyyət verməsə də, ayağında şiddətli ağrıların artdığını hiss etdikdən sonra baş verənlər barədə yaxınlarına xəbər verib.

Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırılan xəstəyə əqrəb zəhəri əleyhinə zərdab vurulub.
Hazırda onun vəziyyəti orta ağır olaraq qalır.

.


Müəllif:

Oxşar xəbərlər