16 Avqust 2016 10:04
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin 15 iyul tarixində aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə “Azərbaycanda çimərliklərinin mövcud vəziyyəti və inkişafı” mövzusunda keçirilən müşavirədə əldə olunmuş razılığa uyğun çimərlik ərazilərində mövcud vəziyyətin öyrənilməsi, eləcə də, bu sahədə fəaliyyətin koordinasiyası, təhlükəsizlik və sanitar-gigiyenik tələblərin təmin edilməsi, ictimai çimərliklərin yaradılması, xidmət səviyyəsinin yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə İşçi qrupu yaradılıb.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, işçi qrupunun tərkibinə mədəniyyət və turizm, fövqəladə hallar, iqtisadiyyat, səhiyyə və ekologiya üzrə aidiyyəti nazirliklərinin, eləcə də Bakı, Sumqayıt şəhərləri və Qaradağ, Səbail, Sabunçu, Binəqədi, Xəzər rayonlarının icra hakimiyyətlərinin nümayəndələri daxildir.

İşçi qrupu müəyyən olunmuş qrafikə uyğun ilkin olaraq Sumqayıt şəhəri və Binəqədi rayonunun ərazisində yerləşən çimərliklərə birgə baxış keçirilib.


Növbəti bir neçə gün ərzində İşçi qrupu tərəfindən Bakı və Abşeron ərazisində yerləşən çimərliklərə baxış keçirilməsi davam etdiriləcək.

Qeyd edək ki, çimərliklərin mövcud vəziyyəti öyrənildikdən sonra Azərbaycanda çimərliklərin inkişafına dair Tədbirlər Planının hazırlanması ilə bağlı İşçi qrupu tərəfindən hökumətə müvafiq təkliflər təqdim olunacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər