Bakı bulvarında bir gündə üç intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Dənizkənarı Milli Parkın yeni salınmış hissəsində “Energy Club”un arxasında Müşfiq Kələntərov özünü dənizə ataraq intihar edib.
Bulvarda daha bir intihar edən Ordubad rayon sakini, 1973-cü il təvəllüdlü Şahnaz Cəfərovadır. O, intihar etmək məqsədilə özünü dənizə atsa da , hadisə yerində olan şəxslər tərəfindən sudan çıxarılıb.
Şahnaz Cəfərovanın psixi durumunda problem olduğu bildirilir.
Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkda daha bir intihar hadisəsi baş verib. Abşeron rayon sakini 1992-ci il təvəllüdlü Günay Əlizadə özünü dənizə ataraq intihara cəhd edib. O, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas edilib.
Hacı Zeynalov