1 Sentyabr 2016 21:00
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştlərinin verilməsi nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamda bildirilir.

Mədəniyyət və Turizm Nazirliyinə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştlərinin və imtiyazlarının verilməsi ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.


Müəllif: