3 Sentyabr 2016 11:15
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 3-7 tarixləri arasında Qırğızıstanın Çolpon-Ata şəhərində “Ümumdünya Köçəri idman oyunları” keçiriləcək.

Teleqraf.com xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmiz adından bu tədbirə qatılacaq.

Tədbir çərçivəsində qonaqlar üçün “Kırçın” vadisində “Köçməndər Aalamı” festivalı baş tutacaq. Festival çərçivəsində Qırğızıstan Respublikasının ümumilikdə 300-ə yaxın müxtəlif region və şəhərlərinin milli mətbəxi, adətləri, dekorativ atributları və digər maraqlı nümunələri təqdim olunacaq.
Ümumilikdə “Ümumdünya Köçəri idman oyunları”nda 53 ölkədən 23 idman növü üzrə 2000 idmançının iştirakı nəzərdə tutulub.

Azərbaycan bu yarışa 9 idman növü üzrə 38 idmançı, 6 hakim, 5 məşqçi və 3 musiqiçi ilə qatılacaq.
İdmançılarımız öz qüvvələrini Milli güləş, Alış güləşi, Aba güləşi, Türkmən güləşi, Qazax güləşi, Qırğız güləşi, Mas-Reslinq, Er-Eniş (at üstündə güləş) və ənənəvi kamandan ox atma idman növlərində sınayacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər