8 Sentyabr 2016 17:11
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib.

Teleqraf.com-un APA-ya istinadla verdiyi xəbərə görə, müraciətdə bildirilib ki, məktəbli formasının satışı və alışı ilə bağlı məcbur etmə tədbirləri ola bilməz:

“Heç bir məktəb, yerli təhsil idarəetmə qurumları məktəbli formalarının müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməz. Ona görə də valideynlər istədikləri yerdən, istədikləri ticarət şəbəkəsindən məktəbli formasını almaqda sərbəstdirlər”.

Bakı Tikiş Evi məktəbli formalarını yalnız bu müəssisənin satış nöqtələrindən alınmalı olduğunu iddia edir, digər malları saxta və ziyanlıhesab edir.


Müəllif: