12 Sentyabr 2016 00:34
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuat Şurası Milli Şuranın mitinqi ilə bağlı məlumat yayıb.

Mətbuat Şurasındadan Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Mətbuat Şurası Milli Şuranın sentybar 11-də metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb. Aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb.

Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib. Şuranın monitorinq qrupunun üzvləri mitinqi işıqlandıran jurnalistlərin çox az qisminin üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb. Onlar bununla bağlı müvafiq tövsiyələrini veriblər.


Müəllif:

Oxşar xəbərlər