13 Sentyabr 2016 00:22
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram münasibətilə Gəncədə 13 min imtiyazlı ailəyə qurban əti paylanılıb.

Respublikanın hər yerində olduğu kimi, Qurban bayramı Gəncədə də qeyd olunub.

Kəpəz TV (Region TV) xəbər verir ki, bu münasibətlə şəhərin Yeni Gəncə, Gülüstan, Alüminiumçular, Bağbanlar, Dəmiryolu Vağzalı və digər 10 yaşayış məntəqəsində 15 iribuynuzlu, 540 xırdabuynuzlu heyvan kəsilib.

Qurban payları ümumilikdə 13 mindən artıq şəhid ailəsi, Qarabağ və Çernobıl əlilləri, Əfqanıstan veteranlarına təqdim olunub.

İslam dünyasının ən müqəddəs bayramlarından biri olan Qurban bayramı günü Gəncədə imtiyazlı vətəndaşlarla yanaşı, imkansız, kimsəsiz və sosial müdafiəyə daha çox ehtiyacı olan sakinlərə də bayram payları verilib.

Məmməd Rəhimov - Gəncə sakini: “Bu gün Qurban bayramıdır. Şəhid ailələrinə, Qarabağ ailələrinə qurban payı paylanır. Çox sağ olsunlar ki, bizim kateqoriyadan olan insanlara böyük qayğı göstərilir".

Bayandur Rzayev - Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi: "Heyvanlar baytar-sanitar tələblərə uyğun şəraitdə kəsilir. Dairəmiz gücləndirilmiş iş rejimində çalışır. Tərəfimizdən bütün kəsim nöqtələrinə nəzarət var".


Müəllif:

Oxşar xəbərlər