26 Sentyabr 2016 09:07
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB Parlamentlәrarası Assambleyasının (PA) müşahidә missiyasının üzvləri artıq Azәrbaycanda keçirilən referendumun gedişini müşahidəyə başlayıblar.

Trend-in məlumatına görə, hazırda onlar Sәbail Seçki Dairәsinin 6 saylı seçki mәntәqәsindә olublar. Qeyd edək ki, MDB PA müşahidә missiyasının rәhbәri İlyas Umaxanov da məntəqədədir.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər