Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı onu təhqir etdiyinə görə Etibar Yaqubov adlı şəxsi məhkəməyə verəcəyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin özü Feysbuk statusunda yazıb.
Həmin status təqdim edirik: “Bu vaxtadək şəxsi zəmində heç vaxt heç kimi məhkəməyə verməmişəm. Amma Etibar Yaqubov adlı birisini müsahibəmə görə məni səhifəmdə təhqir etdiyi üçün onu məhkəməyə verirəm. Həftənin birinci gününədək bu səhifədə məndən üzr istəməsə, məhkəməyə müraciət etməli olacam. Dostlar, vaxta qənaət etmək üçün bu şəxsin hüquqi ünvanı haqqında məlumatı olan mənə kömək etsin ki, hansı məhkəməyə müraciət edəcəyimi bilim”.
Cavad