30 Sentyabr 2016 16:55
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabr 3-də yeni Radio və Televiziya ilk efir yayımına start verəcək.

“Butafm Radio və Televiziya” Məhdud Məsuliyyətli Cəmiyyəti 12 may 2016-cı il tarixdən etibarən fəaliyyətə başlayıb.

“MİLLİ NAXIŞ, MİLLİ BAXIŞ…” devizi ilə fəaliyyət göstərən radio və televiziyanın yaradılmasında məqsəd ən gözəl milli və xarici musiqilərlə zövqləri oxşamaq, bir-birindən maraqlı, maarifləndirici verilişlər, layihələrlə dinləyicilərin görüşünə gəlməkdir.

Radiodan Teleqraf.com-a verilən xəbərə görə, bunlarla bərabər Azərbaycanda və dünyada gün ərzində baş verən siyasi, sosial, iqtisadi, mədəniyyət, şou-biznes, idman aləmində yaşananlar barəsində ən mühüm, son xəbərləri, o cümlədən hava haqqında məlumatı əldə edəcəksiniz.

“Butafm Radio və Televiziya” MMC-nin direktoru Əlizadə Azər İsabala oğlu, icraçı direktoru Bayramov Teymur Rzaqulu oğlu, texniki direktoru Abbasov Abbas Zeynəlabdin oğlu, baş redaktoru Mahmudzadə Şəhanə Müşfiq qızıdır.


Müəllif: