30 Sentyabr 2016 17:38
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğına qarşı mübarizə əməliyyatının 64 əməkdaşı meşə yanğınlarına qarşı mübarizə ilə əlaqəli iki fransız mütəxəssisin iştirakı ilə baş tutan təcrübə mübadiləsi seminarında iştirak edib.

Teleqraf.com-un məlumatına görə, mülki müdafiə sahəsindəki təlim sentyabrın 27-dən 30-dək davam edib.

Tədbirdə Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez, Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və nazirliyin təlim keçən əməkdaşları iştirak edib.

Səfir çıxışında Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, FHN-in 64 əməkdaşına mülki və hərbi sahədə böyük təcrübəyə malik iki fransız təlimçi ekspert seminar keçib.

Diplomat FHN əməkdaşlarına fransız dilinə yiyələnməyi tövsiyə edib. Onun fikrincə, fransız dili Azərbaycan FHN əməkdaşları üçün Fransaya gedib öz ixtisaslarını artırılmasına töhfə olar.

General-leytenant Etibar Mirzəyev təlimə görə Fransanın Azərbaycandakı səfirinə təşəkkür edib: "Belə tədbir bizi çox sevindirdi. Fransa və Azərbaycan xalqı lap qədimdən dostlaşıb. Mən məktəbdə oxuyanda Aleksandr Dümanı tanımayan insan yox idi. Onun əsərlərini əzbər bilirdik. O, Azərbaycan kabablarının bişirilmə qaydalarını Fransa xalqına çatdırırdı. Hacı Zeynalabdin Tağıyev gəncləri oxumaq üçün Fransaya göndərmişdi. Bir sözlə, iki ölkə arasında ənənələrimizin tarixi kökü olub.

Azərbaycan müstəqiılik əldə edəndən sonra 1993-cü ildə ulu öndər Heyder Əliyev Fransaya səfər etdi. Cənab prezident İlham Əliyev, Mehriban xanim Əliyevanın mütəmadi Fransaya səfərləri baş tutur. Dövlətlər, nazirliklər və xalqlar arasında əlaqələr günü-gündən inkişaf edir.

Fövqəladə Hallar Nazirliyi yaranandan Fransa ilə əlaqələr qurmağa başlamışıq. Çox şadıq ki, əlaqələrimiz bu gün də davam edir. Arzu edirəm ki, Azərbaycanda və Fransada heç bir fövqəladə hadisə baş verməsin. Mən özüm nazirlikdə işləsəm də, çətinə düşən kimi ilk müraciət etdiyim şəxslər FHN əməkdaşları olur. Ümid edirəm ki, xanım səfir, siz də onlara etibar edirsiniz".

Daha sonra təlim iştirakçıları sertifikatla təltif edilib.

Seminar Fransa Daxili İşlər Nazirliyi və Azərbaycan Fövqəladə Hallar Nazirliyi arasında mövcud ikitərəfli əməkdaşlıq 2007-ci ildə imzalanmış hökumətlərarası sazişə əsasən ekspert və təlim mübadiləsi çərçivəsində həyata keçirilir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər