4 Oktyabr 2016 14:06
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Nobel sülh mükafatına layiq görülə bilər.

Teleqraf.com xəbər verir ki, Allahşükür Paşazadənin namizədliyi bu il Nobel Komitəsinə təqdim edilib.

Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov Teleqraf.com-a deyib ki, bu il Azərbaycandan 4 iş ekspertlər qrupundan keçib və gizli səsverməyə buraxılıb: “Bu namizədlərdən biri də Hacı Allahşükür Paşazadədir”.

Digər iki Nobel mükafatı iddialısı olan azərbaycanlı da var.

Olardan biri kimyaçı alim, akademik Adil Qəribov, digəri fiziologiya üzrə professor Telman Əliyevdir.

Bəybala Ələsgərov qeyd edib ki, gizli səsvermədən sonra Nobel Mükafatına layiq görüləcək şəxslərin adı açıqlanacaq.

Onu da qeyd edək ki, ilk dəfədədir ki, Azərbaycan alimlərinin və ictimai-siyasi xadimlərin işləri gizli səsverməyə buraxılır.

Nemət


Müəllif:

Oxşar xəbərlər