7 Oktyabr 2016 08:16
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 7-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Əhmədli”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Zarat”, “Çandahar”, “Qara Siyəzən”, “Giləzi kərpic zavodu', “Hacılar MMC”, “MMZ quşçuluq”, “Beşdam”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Göyçay-2” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Teleqraf.com SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Siyəzən rayonun Zarat, Çandahar və Qara-Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Xətai rayonun və Göyçay şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Müəllif: