Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərif oktyabrın 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifi hava limanında Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.