13 Oktyabr 2016 16:59
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda istehsalat qəzası zamanı xəsarət alan İmran Qasımov komadan ayılıb”.

Bu barədə Teleqraf.com-a 5 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildirilib ki, xəsarət alan şəxslərdən biri palataya köçürülüb: “Xəsarət alan 1961-ci il təvəllüdlü İmran Qasımov artıq 2 gündür palataya köçürülüb. Onun bədənində 2-3-cü dərəcəli yanıq xəsarəti var. İndi vəziyyəti yaxşıdır. Digər xəstələr - 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisov isə hələ də, reanimasiyadadır. Onların vəziyyəti ağır-stabil olaraq qalır”.

Sentyabrın 29-da Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda istehsalat qəzası baş verib.


Müəllif:

Oxşar xəbərlər