Xəzərin Azərbaycan sektorunda zəlzələ olub.
Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən, təkanlar yerli vaxtla saat 14:29-da Nardarandan 73 km şimal-şərqdə Xəzər dənizində qeydə alınıb.
Maqnitudası 3.3, dərinliyi isə 60 km olan zəlzələ hiss olunmayıb.