29 Oktyabr 2016 13:39
2 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Divanlı kənd sakini, 2000-ci il təvəllüdlü Mübariz Xələfli yaşadığı evdə özünü asaraq ölüb.

16 yaşlı oğlanın hansı səbəbdən intihar etdiyi məlum deyil.

O, hadisə zamanı evdə tək olub. Evə gələn valideynləri övladlarının asılmış meyitini aşkar ediblər.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər