5 Noyabr 2016 10:18
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin (ATU) professoru vəfat edib.

Tibb elmlər doktoru, professor, “Şöhrət” ordenli Xurşud Quliyeva dünyasını dəyişib.

Qeyd edək ki, X.Quliyeva Azərbaycan Tibb Universitetinin IV (keçmiş Pediatriya fakultəsinin) cərrahi xəstəliklər kafedrasının yarandığı ilk gündən orada işləyib, ordinator, assisent və nəhayət professor səviyyəsinə qədər yüksəlib.

Profossor X.Quliyeva 1970-1980-ci illərdə kafedraya rəhbərlik edib və bu dövrdə professor F.Ə.Əfəndiyevin və professor A.N. Tahirovun başlayıb apardıqları elmi-metodik istiqamətləri davam etdirərək kafedranın elmi tematikasını cərrahi endokrinolokiyaya aid elmi axtarışlarla zənginləşdirib.

O, 100-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 2 doktorluq və 2 namizədlik dissertasiyaları yerinə yetirilib. Professor X.Quliyeva ömrünün sonuna kimi kafedrada professor-konsultant kimi fəaliyyət göstərib.

2010-cu ildə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə X.Quliyeva “Şöhrət” ordeni ilə təltif olunub. (Report)


Müəllif:

Oxşar xəbərlər