Noyabrın 8-dən “20 Yanvar” metro stansiyasının birinci vestibülü sərnişinlərin istifadəsinə veriləcək.
Bu barədə Teleqraf.com-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bu il iyul ayının 1-dən istismar müddəti başa çatmış “ET-5” tipli üç eskalatorun dəyişdirilməsi məqsədilə “20 Yanvar” metro stansiyasının bağlanmış birinci vestibülü noyabr ayının 8-də yenidən sərnişinlərin giriş-çıxışı üçün açılacaq.
1985-ci ildən istismarda olan “ET-5” tipli 3 köhnə eskalator demontaj edilərək, onların yerinə Almaniyanın “Thyssen Krupp” şirkətinin dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş “Tugela” tipli 2 eskalatoru quraşdırılıb. 3-cü eskalatorun yerində isə daş pilləkən inşa edilib.
Eskalatorların dəyişdirilməsi ilə yanaşı, kassa zalında, keçidlərdə, xidməti otaqlarda təmir işləri aparılıb, turniketlər, elektrik avadanlıqları və işıqlandırma sistemi yenilənib.