14 Noyabr 2016 00:14
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - yaşam potensialının səviyyəsi yüksək olmasa da, aktiv və qətiyyətli olun. Xoşagəlməz situasiyanın yaranmasının qarşısını almaq istəyirsinizsə, ehtiyatlı davranın, sözlərinizdə səlis olun.

Buğa - Səfərə və ya səyahətə yollanmayın. Səfər nəzərdə tutulan vaxtdan uzun, nəticələri isə münasib olmayacaq. Əmlakınızı qoruyun.

Əkizlər - su və alov riskli vəziyyət yarada bilər. Mənfi təmayüllərin təsiri azaltmaq üçün ünsiyyətdə səmimi və gülərüz olun. Qaraqabaqlıq etməyin.

Xərçəng - işgüzar müstəvidə çətinliklər ola bilər. Gəlirli sifvarişi əldən buraxmayın, ciddi maliyyə itkilərinə səbəb olacaq addımlar atmayın.

Şir - işdəki münasibətlərdə sərinlik yarana bilər. Saymazyana və yekəxana davranaraq sizə sataşan insanın tərbiyəsizliyini cavabsız qoymayın.

Qız - alınan məlumatı təhlil edin. Situasiyanı dəqiq qiymətləndirmək üçün baş verənləri anlamağa çalışın. Şəxsi münasibətlərdə vəziyyət pis deyil.

Tərəzi - önəmli problemlər yaranmır. Kiçik çətinlikləri asanlıqla dəf edə bilərsiniz. Dəyər verdiyiniz insandan gələn xəbər əhvalınızı yaxşılaşdıracaq. Axşam saatlarında istirahət edin.

Əqrəb - əsl hissləri və dostluğu heç nəyə məsul etməyən boş tanışlıqdan ayırın. Ətrafınızdakı insanlarla münasibətləri nizamlayın, emosiyalarınızda qayda yaradın. Axşam saatlarında yeni tanışlıq istisna deyil.

Oxatan - səbrli olun, təmkinli davranın. Hadisələrin mövcud axarına süni müdaxilələrin nəticələrini əvvəlcədən təxminləməyə çalışın. İşdə tənbəllik etməyin. Bu gün istirahət və əyləncə zamanı deyil.

Oğlaq - bilik və bacarıqlarınızı kritik vəziyyətdə nümayiş etdirin. İşdə rəhbərliklə təmaslarda problem olmayacaq. Qeyri-adi layihəni reallaşdırmaq və ya çoxdankı problemin həllini tapmaq şansları az deyil.

Dolça - yaradıcı və yaşam potensialınız yüksəkdir. Peşəkar fəaliyyətdə inadkar, qətiyyətli olun. Sevdiyiniz insanın qəlbini qırmayın. Səy və vaxtınızı əsirgəməsəniz xüsusi əhəmiyyətə malik işdə uğura nail ola bilərsiniz.

Balıqlar - imkalarınızı dəqiq qiymətləndirin, illüziyalara qapılmayın. Yaxın insanla münasibətlərdə harmoniyanı qoruyun. Etibar və xoş məramlar emosional durumunuza xoş təsir edəcək. Axşam saatlarında diqqətli olun, hisslərə qapılmayın.

Milli.Az


Müəllif:

Oxşar xəbərlər