15 Noyabr 2016 00:52
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - iş barədə çox fikirləşsəniz, ağır gün olacaq. Karyera müstəvisində inkişaf, maddi rifah və maliyyə imkanlarının artırılması ilə bağlı konkret addımları planlaşdırın. Amma tələsməyin.

Buğa - bir qədər dincəlin, tempi aşağı salın. Əks təqdirdə daxili gərginlik ünsiyyətdə qəfil çətinlik və sonrakı təəssüf hissi ilə sonuclana bilər.

Əkizlər - qohumluq əlaqələrinin möhkəmləndirlməsi barədə düşünün. Ailədəki problemlərdən birinin qəfil, amma çox effektiv həllini tapa bilərsiniz.

Xərçəng - rasionunuza diqqət verin. Günün ikinci hissəsini sakit keçirin, cari işlərlə məşğul olun. Dünyagörüş və bilikləri artırın. Axşam saatlarında istirahət edin.

Şir - sinirlərin tarıma çəkilməsi, daxili gərginliyin artması və münaqişə ehtimalının qarşısını almaq üçün təmkinli davranın. Kənar təsirlərə uymayın. Təzyiqə imkan verməyin, hisslərinizin əsirinə çevrilməyin.

Qız - şəxsi münasibətlər müstəvisində çətin gündür. Romantik macəra çox pis, gözlənilməz fəsadla başa çata bilər. Tanışlıqlarda tələskən olmayın ki, sonradan peşmançılıq hissi keçirməyəsiniz.

Tərəzi - peşəkar sahədə problemləri çözə bilərsiniz. Maddi durumunuz yaxşılaşacaq. Faydalı əlaqələr yaratmaq və yaxın perspektivdə sərfəli format alacaq tanışlıqlara nail ola bilərsiniz. Axşam saatlarında aktiv istirahətə üstünlük verin.

Əqrəb - aktiv olun, qarşınıza qoyduğunuz məqsədlərə çatın, yarımçıq işləri başa vurun. Hissiyat və intuisiyanız yüksək səviyyədədir. İstənilən işə başlayaraq onu başa vura bilərsiniz. Lakin işləri seçərkən diqqətli olun.

Oxatan - yardım istəyənlərə kömək edin. Eqoizminizlə mübarizə aparın. Emosiyaların əsiri olmaqla heç nəyə nail olmayacaqsınız. Ətrafdakı insanların maraqlarını nəzərə alın.

Oğlaq - başladığınız işləri axşam saatlarında başa vurun. Önəmli qərar qəbul edərkən tələsməyin. Daxili narahatlıq və ya nigaranlıq varsa, düşünülməmiş addım atmayın. Tələsik davranış sonradan peşmançılığa səbəb ola bilər.

Dolça - qarışıq, birmənalı olmayan gündür. Hərdəmxəyal olmayın, qeyri-ciddi işlərə başlamayın. Hisslər və emosiyalara nəzarət etməsəniz, ciddi fəsadlarla qarşılaşa bilərsiniz. Zəhmətkeş olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əmək və səylərinizi əsirgəməyin.

Balıqlar - yorğunluq axşam saatlarında başağrıya səbəb ola bilər. Nikbin olun, pessimizmə qapılmayın. Eqoist hisslərin təsirinə düşərək maraqlarınızın zərbə aldığını düşünməyin. Yaxınlarınızla söhbətləşin, tanışlarla əlaqə saxlayın.

Milli.Az


Müəllif:

Oxşar xəbərlər