25 Noyabr 2016 20:12
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün vergilər naziri Fazil Məmmədov Siyəzən rayonunda Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı və Şabran rayonlarından olan vətəndaşlar üçün görüş keçirib.

Vergilər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Görüş zamanı qaldırılan problemlərin əksəriyyəti yerində həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.


Müəllif:

Oxşar xəbərlər