Astroloq Səbuhi Rəhimli 2017-ci ildə ölkədə gözlənilən siyasi proseslər barədə danışıb.
O, Teleqraf.com-a açıqlamasında bildirib ki, Xoruz ilində fevralın sonları ölkədə islahatlar gözlənilir. Səbuhi Rəhimlinin fikrincə, yanvar və fevral ayları Azərbaycan üçün bir qədər ağır dövr olacaq: “Situasiyanın daralması silsilə istefalara və ya məmurların öz işlərini itirməsinə səbəb ola bilər. Büdcəyə nəzərən hansısa qurumlar və onların şöbələri ləğv ediləcək. Hər hansı müharibə, siyasi-ictimai xadimlərə qarşı sui-qəsd olmayacaq”.
Astroloq ötən ilki Meymun ilində müəmmalı hadisələrin cərəyan etdiyini xatırladıb: “Adətən, Meymun ilində çox oyunlar olur, mövqelər aşkara çıxmır, kimin kimlə müttəfiq, yaxud rəqib olduğu aydınlaşmır. Xoruz ilindəsə hər şey açıq-aydın görünür. Meymun ilində situasiya və proseslər uzanırsa, Xoruz ilində əksinə qısa müddətdə həllini tapır. Xoruz ili böyük müharibələrdən daha çox müharibələrin qurtarmasına təsadüf edir. Əgər Xoruz ilində hansısa savaş başlayırsa, qısa müddətdə bitir və sülh əldə edilir. Xoruz ili çaxnaşmaya yekun qoyur və sülh ilini itə təhvil verir. Keçən il İŞİD-lə bağlı deyirdilər ki, dünya onunla bacarmır, amma Xoruz ilində o cür olmayacaq, hansısa gərginlik olacaqsa, tez zamanda da bitəcək. Xoruz ili daim gözlənilməz hadisələrə rəvac verir. Xoruz ilinin rəmzləri onu deməyə əsas verir ki, güclü tərəflərin qarşıdurması il ərzində daha da kəskinləşəcək”.
O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində xüsusi yenilik olmayacağını vurğulayıb: “Aprel döyüşləri kimi gözlənilməsə də diplomatik və informasiya müharibəsi daha kəskin xarakter alacaq. Bu problemin həllinə isə hələ var, bu il də onun çözümünü gözləməyin”.
Qonşu Türkiyəyə gəlincə, astroloq terrorun səngiyəcəyini dilə gətirib: “2016-cı illə müqayisədə 2017-ci ildə Türkiyədə terror az qala sıfırlanacaq”.
Nərgiz