20 Yanvar 2017 15:35
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hava şəraitinin kəskin soyuqlaşması ilə əlaqədar son zamanlar uşaqlar və yeniyetmələr arasında geniş yayılmış revmatik xəstəliklər aktuallaşır”.

Bunu Teleqraf.com-a Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının revmatologiya və qastroenterologiya şöbəsinin müdiri Sahib Musayev deyib.

Onun sözlərinə görə, bu xəstəlik uşaqlar və yeniyetmələr arasında geniş yayılmış revmatik qızdırma ilə özünü büruzə verir: “Bu da əsasən angina ilə müşayiət olunan və revmatik xəstəliklər arasında ən öncül yerlərdən birini tutan revmatik qızdırmanın yaranmasına səbəb ola bilir. Streptokokk infeksiyası olan uşaqlarda birincili və ikincili profilaktikanın aparılması vacibdir. Uşaq bağçaya və yaxud məktəbə gedirsə, bu zaman onlara birdəfəlik ekstensilin preparatının vurulması vacibdir. Bu dərman 12 yaşa qədər uşaqlara 1.2 milyon dozada, 12 yaşdan yuxarı uşaqlara isə 2.4 milyon dozada müəyyən edilərək həkim tərəfindən vurulur. Nəticədə xəstəliyin yaranmasının qarşısını almaq mümkün olur”.

Şöbə müdiri qeyd edib ki, revmatizm yoluxucu xəstəlik deyil: “Bu xəstəliklərdə əsasən qidalanma rejiminə, xroniki infeksiya ocaqlarının məhv edilməsinə yönələn tədbirlərin həyata keçirilməlidir. Xroniki infeksiyaların fonunda da revmatik xəstəliklər ortaya çıxa bilər. Hərbi xidmətə gedən yeniyetmədə revmatizm xəstəliyi varsa, onlar da son dərəcə diqqətli olmalıdırlar. Çünki, səngərdə bu proses intensivləşə bilər. Revmatizm yoluxucu xəstəlik deyil, amma revmatik qızdırma yoluxucu xəstəlik kimi qiymətləndirilə bilər”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər