Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 28-də Tovuz Olimpiya İdman Kompleksində vətəndaşları qəbul edib.
Teleqraf.comC xəbər verir ki, qəbuldan əvvəl nazir Kəmaləddin Heydərov və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Nazirliyin müvafiq icra strukturu rəhbərlərinin iştirak etdiyi qəbulda Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarının sakinlərinin müraciətlərinə baxılıb.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bəzi məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, vətəndaşların bir qrupu nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən də qəbul olunub.