9 Fevral 2017 23:11
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən il vətəndaşların narazılığına səbəb olan pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin səlahiyyətinə xitam verilib”.

Teleqraf.com xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə keçirilən Məhkəmə-Hüquq Şurasının iclasında bildirilib.

Daha sonra bildirilib ki, 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

Şurada həmçinin, qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınıb. Sumqayıt apellyasiya məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilib, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı apellyasiya məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli rayon məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulub.


Müəllif:

Oxşar xəbərlər