14 Fevral 2017 14:11
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baş verənlər çox təəssüfləndiricidir. Bu gün bütün gün harda səhv etdiyimizi düşündüm. Əslində insanların beyinlərində olan suallar haqlıdır. Hələ bu hadisədən sonra ümumiyyətlə, adamların “o birilər də agentdir”, “onlar guya başqa cür çıxıb?” sual və ittihamlarına cavab vermək olduqca qəlizdir, mümkünsüzdür. Bizim səhvimiz əfv müraciəti yazdıqdan sonra hər şeyi sonlandırmamağımız idi. Çünki yeni bir proses başlatmışdıq, amma sona çatdıra bilmədik. Yoldaşlarımızın ümidini qırmışdıq”.

Teleqraf.com xəbər verir ki, bunu “Nida” Hərəkatının üzvü Rəşadət Axundov sosial şəbəkədəki hesabında yazıb.

O qeyd edib ki, hər şeyə üzüsulu son qoymaq lazım idi: “Artıq bu durum, bu şübhələr həm “Nida”ya, həm də ümumi prosesə ziyan verir, şübhələr yaradır. Getdikcə də artacaq bu hadisələrlə. Ona görə bildirmək istəyirəm ki, bundan sonra həm “Nida” Vətəndaş Hərəkatındakı fəaliyyətimə, həm də ümumiyyətlə, bütün ictimai-siyasi işlərə son qoyuram. Artıq bütünlüklə öz sahəm üzrə karyerama davam edəcəm. Sual və ittihamlara gəlincə, nəyisə isbat etmək imkanım yoxdur, hamının, xüsusilə yoldaşlarımın, ən yaxın dostlarımın yanında alnım açıq, vicdanım təmizdir. Onlardan gizli heç vaxt heç nəyim olmayıb. Bütün bu illər ərzində nə vicdanıma, nə dostlarıma xəyanət etmişəm, təmizliyimə xələl gətirməmişəm. Hamınıza sevgi və hörmətlər. Haqqınızı halal edin”.

Qeyd edək ki, hərəkatın daha bir üzvü – Rəşad Həsənov da dünən bəyanat yayaraq ictimai sektordan uzaqlaşdığını bildirib: “Qeyri-rəsmi aktiv olmasam da, rəsmi olaraq “Nida”dan oktyabrın 4-ü (2016-cı il) çıxdım. Bunu heç kimə deyə də bilmirdim. Çünki çox riskli idi və belə şeyi deməyə üzüm də gəlmirdi. Düşünürdüm ölkədən birdəfəlik gedənə kimi dözüm. Birdəfəlik ABŞ-a getmək istəyirdim, amma bunun üçün də maddi durumum imkan vermirdi. Sonda bir dostumla danışdım və qərar verdim ki, martın sonu gedim. Yanvarın sonu bir hadisədən sonra artıq dözülməz hal aldı və mən də qaçdım ölkədən. Hazırda Avropadayam”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər