21 Fevral 2017 00:13
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

İntensiv yağıntılardan sonra Masallı-Yardımlı yolunda torpaq sürüşməsi aktivləşib.

Sürüşmə hadisəsi Masallı- Yardımlı yolunun Yardımlı rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, yolun 35 km-də, uzunluğu 48, eni 6 metr olan yol, 1 metr dərinlikdə çöküb. Dərhal əraziyə 51 nömrəli yol-istismar idarəsinin 4 ədəd ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Yolun bağlı qalmaması üçün əraziyə qum və çınqıl daşınaraq bərkitmə işlərinə başlanılıb.

Qısa zamanda çökən ərazidə bərpa işləri aparılaraq avtomobillərin gediş-gəlişi təmin edilib. Yolun tam bərkidilərək genişləndirilməsi bir neçə gün davam etdiriləcək, bunadək ərazi nəzarətdə saxlanılacaq.
/APA/


Müəllif:

Oxşar xəbərlər