Gəncə Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, həmin məlumat əsasında idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.
Əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi "Hyundai Tucson" markalı minik avtomobili Gəncə şəhərinin Kəpəz rayonu, Dədə Qorqud küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı Azərbaycanın aksizi ilə markalanmamış 20.000 ədəd "Dubao RED" adlı siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.