"Blogger Aleksandr Lapşin hazırda Bakı həbsxanalarından birində saxlanılır və heç bir narazılığı yoxdur".
Teleqraf.com xəbər verir ki, bu sözləri "RİA Novosti"yə açıqlamasında Lapşinin vəkili Eduard Çernin deyib:
"Mən hüquqlarını müdafiə etdiyim şəxslə görüşmüşəm. Saxlanma şəraiti ilə bağlı heç bir narazılığı yoxdur. Məhkəmə iclaslarının vaxtı hələlik məlum deyil".
Qeyd edək ki, Alexander Lapşin 2016-cı ilin dekabrında Azərbaycanın sorğusu əsasında Minskdə saxlanıb. Yanvarda Belarus Baş Prokurorluğu A.Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib. Bloqqer bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət verib. Yanvarın 26-da məhkəmə Belarus baş prokurorunun müavininin A.Lapşin-in təhvil verilməsi haqqında hökmünün qanuni olduğu barədə qərar çıxarıb.
A.Lapşin Bakıda erməni separatçılarını dəstəkləməkdə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş çağırışlarda ittiham olunur. Onun həmçinin, Azərbaycana saxta sənədlərlə gəldiyi bildirilir.
A.Lapşin eyni zamanda İsrail və Rusiya vətəndaşıdır. Bu ölkələr onun Azərbaycana təhvil verilməsinə qarşı çıxıblar.
Samir