27 Fevral 2017 15:30
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADA Universiteti Qambiya Universitetindən xaric olunan professor, Muhammadou Kahın universitetin prorektoru vəzifəsinədək yüksəldilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

ADA Universitetindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, ABŞ vətəndaşı, professor Muhammadu Kah ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsininin dekanı vəzifəsinə 2015-ci ilin əvvəlində çoxsaylı namizədlər arasından seçilib: “Ona üstünlük bir sıra ABŞ Universitetləri, o cümlədən Howard, Rutgers” və American Universitetində akademik təcrübəsi və müəllimlik fəaliyyətinə görə verilib”.

Qeyd edək ki, abzas.net saytının iddiasına görə, ADA Universitetinin Texnologiya və İnnovasiya Məsələləri üzrə prorektor vəzifəsini və İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı vəzifələrini icra edən Prof. Muhammadou Kah korrupsiya ittihamı ilə 2015-ci ildə Qambiya Universitetindən qovulub. Məlumatlara görə, Muhammadou Kah ailə üzvlərinin, yaxınlarının universitetdə müxtəlif vəzifələrə təyin olunmasına nail olub və tələbələrin etirazlarından sonra təhsil ocağından xaric edilib.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər